×
A
A
A
Sazlamalar

MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib

Moskva, 14 mart, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov martın 14-də Moskvada keçirilən MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Ordu 2019-03-14 15:32:00