×
A
A
A
Sazlamalar

Kitabxanada İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

Bakı, 14 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanası Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında tədbir təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri mərkəzi kitabxananın əməkdaşı İradə Hüseynova açaraq İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğunu qeyd edib.
Sonra incəsənət gimnaziyasının şagirdləri Nəsiminin həyatından bəhs edən səhnəcik nümayiş etdirib, şairin qəzəllərini söyləyiblər.
Sonda şairin kitablarından ibarət sərgi və “Nəsimi ili” stendinə baxış keçirilib, “Nəsimi” filmindən fraqmentlər nümayiş olunub.

 

Mədəniyyət 2019-03-14 11:30:00