×
A
A
A
Sazlamalar

Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri keçiriləcək

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oyunlardan üçü Bakı vaxtı ilə saat 21:55-də, beşi isə saat 00:00-da başlayacaq.
Mərhələnin oyunları aşağıdakılardır:
Saat 21:55-də:
“Dinamo” (Kiyev, Ukrayna) – “Çelsi” (İngiltərə) - ilk oyun – 0:3;
“Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) - ilk oyun – 0:3;
“Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya) - ilk oyun – 1:2.
Saat 00:00-da:
“İnter” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) - ilk oyun – 0:0;
“Benfika” (Portuqaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - ilk oyun – 0:1;
“Slaviya” (Praqa, Çexiya) – “Sevilya” (İspaniya) - ilk oyun – 2:2;
“Arsenal” (İngiltərə) – “Renn” (Fransa) - ilk oyun – 1:3;
“Vilyarreal” (İspaniya) – “Zenit (Rusiya) - ilk oyun – 3:1.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

İdman 2019-03-14 11:08:00