×
A
A
A
Sazlamalar

Yaponiyalı gimnast: Bakıda qələbə qazanmaq üçün böyük şansım var

Bakı, 13 mart, AZƏRTAC

Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanacağıma ümid edirəm.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri yaponiyalı gimnast Kohey Kameyama deyib.
Dünya çempionu qeyd edib ki, qələbə qazanmaq üçün böyük şansım var. Bakıdakı turnirdə çox sayda Olimpiya və dünya çempionları iştirak edəcək. Qalib olmaq üçün əlimdən gələni edəcəyəm. Hər kəs birinci yeri tutmağa çalışacaq. Milli Gimnastika Arenası Yaponiyadakı arenalarla müqayisədə çox işıqlıdır. Burada şərait ümumilikdə çox yaxşıdır.
Qeyd edək ki, martın 14-17-də Milli Gimnastika Arenasında keçiriləcək kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışları “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar uğrunda isə 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparacaq.

İdman 2019-03-13 20:46:00