×
A
A
A
Sazlamalar

MOK-un vitse-prezidenti Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin İcraiyyə Komitəsinin iclasına qatılacaq

Bakı, 13 mart, AZƏRTAC

Martın 15-16-da Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, məsul katib Aysel Sultanova təmsil edəcəklər.
Tədbir çərçivəsində beynəlxalq təşkilatın fəaliyyəti, eləcə də AzƏOK sədri X.İsayevin prezidenti olduğu BƏOK-un Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin işi ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, ötən il beynəlxalq qurumun İcraiyyə Komitəsinin təşəbbüsü ilə Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin Azərbaycanın paytaxtı Bakıda yaradılması qərara alınmışdır.

İdman 2019-03-13 20:35:00