×
A
A
A
Sazlamalar

Azərbaycan MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında təmsil olunacaq

Bakı, 13 mart, AZƏRTAC 

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Moskvaya yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik N.Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.

Ordu 2019-03-13 18:52:00