×
A
A
A
Sazlamalar

Azərbaycan Turizm Assosiasiyası beynəlxalq sertifikatlı bələdçilər hazırlayacaq

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi”nin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkədə peşəkar, beynəlxalq sertifikatlı bələdçilərin hazırlanması barədə razılığa gəliblər.
Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı məlumat mübadiləsinin aparılması, hər iki ölkədə təşkil olunan bələdçi təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı tanışlıq, eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığın əldə olunmasıdır.

Turizm 2019-03-13 18:12:00