×
A
A
A
Sazlamalar

Hərbi Dəniz Qüvvələrində Novruz bayramı münasibətilə tədbir keçirilib

Bakı, 13 mart, AZƏRTAC 

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir. Bayram tədbirlərindən biri də Müdafiə Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində baş tutub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təntənəli mərasimdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
Yel çərşənbəsində keçirilən musiqili bayram tədbirində tanınmış müğənnilər və rəqs qrupları hərbi dənizçilər qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Tonqal ətrafında keçirilən bayram şənliyinə zabitlərin ailə üzvləri də qatılıblar.

 

Ordu 2019-03-13 18:10:00