×
A
A
A
Sazlamalar

“Baharın ətri” adlı rəsm sərgisi açılıb

Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi və eko-parkın nəzdində fəaliyyət göstərən Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Baharın ətri” adlı rəsm sərgisi keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə sərgi iştirakçıları simfonik musiqinin müşayiəti ilə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin rəsm kursunun şagirdlərinin əl işləri ilə yaxından tanış olublar. Qonaqlara sərgi üçün hazırlanmış kataloqlar, broşürlər təqdim edilib.
Tədbirdə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Xumarə Əliyeva çıxışında rəsm kursunun tələbələrini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb.
Sonra rəsm kursunun tələbələrinə diplom və hədiyyələr təqdim edilib.

Mədəniyyət 2019-03-13 18:06:00