×
A
A
A
Sazlamalar

Yumurta istehsalçıları və idxalçılarına xəbərdarlıq edilib

Bakı, 13 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub.
Məlum olub ki, onlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirərək yerli məhsul adı ilə satışa çıxarırlar. Aşkar olunan faktlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.
Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, belə qanunazidd əməllər yolverilməzdir və belə hallara yol verənlər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqları zaman konkret faktlarla agentliyin “1003” Çağrı mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

Sosial 2019-03-13 17:02:00