×
A
A
A
Sazlamalar

Kitabxana əməkdaşları tərəfindən səyyar sərgi təşkil olunub

Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) 6 saylı filialının əməkdaşları tərəfindən 182 nömrəli tam orta məktəbdə səyyar sərgi təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi kitabxanaya daha çox oxucu cəlb etmək, məktəbli oxucularda kitablara maraq oyatmaq olub.
Filialın fəal oxucusu Məhəmməd Məmmədov Əmin Əfəndiyevin müəllifi olduğu “Cırtdanın kitabxanaya səyahəti” əsərini səhnələşdirilmiş şəkildə “Cırtdan” obrazında məktəblilərə təqdim edib.
Sonda məktəblilər səyyar sərgidəki kitablarla tanış olublar.

Mədəniyyət 2019-03-13 15:59:00