×
A
A
A
Sazlamalar

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.

Rəsmi xronika 2019-03-13 13:23:00