×
A
A
A
Sazlamalar

“Emin, sən ölməmisən!” kitabının təqdimatı olub

Bakı, 13 mart, AZƏRTAC

Yazıçı-publisist, şairə Gülarə Munisin Ağdam uğrunda döyüşlərdə şəhid olmuş Emin Əliyevin döyüş yolundan bəhs edən “Emin, sən ölməmisən!” kitabının təqdimatı olub.
Təqdimat mərasimi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Buzovna qəsəbə mədəniyyət evində reallaşıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Buzovna qəsəbəsinin axundu Hacı Soltan Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı, “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva-Muxtarova, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, Azərbaycan Milli Tarix Muzeyinin aparıcı elmi işçisi Nardanə Yusifova, uşaq yazıçısı Gülzar İbrahimova, Xəzər rayon 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli, şəhid Emin Əliyevin anası İbadət Əliyeva və başqaları çıxış ediblər.
Tədbir çərçivəsində şəhidin döyüş yoluna, göstərdiyi igidliyinə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında Gülarə Munisin sözlərinə yazılmış qəzəllər ifa olunub.

Mədəniyyət 2019-03-13 12:27:00