×
A
A
A
Sazlamalar

“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilib

Bakı, 12 mart, AZƏRTAC 

Lənkəran şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi tərəfindən Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilib.
Şəhər gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Lənkəran şəhər gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi daşıyır.
Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı, Milli Qəhrəman atası Ələkbər Əliyev çıxışlarında tədbirin əhəmiyyətindən danışıb, bu gün Azərbaycan gəncliyinin üzərinə düşən ən ümdə vəzifələri diqqətə çatdırıblar.
Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Aprel qazisi Zamiq Əsgərov çıxış edərək gəncləri maraqlandıran sualları cavablandırıb, Azərbaycan əsgərinin keçdiyi qəhrəmanlıq yolu ilə bağlı xatirələrini bölüşüblər.

Sosial 2019-03-12 20:44:00