×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 225; 2017, № 12, maddə 2334; 2018, № 4, maddə 660) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:
“7. Müəyyən edilsin ki, icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər.”;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” üzrə:
1.2.1. 1.1-ci bəndə “verilməsi” sözündən sonra “, habelə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə dair müraciətlərə (bu Əsasnamənin 1.4-3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) baxılması” sözləri əlavə edilsin;
1.2.2. aşağıdakı məzmunda 1.4-1-ci, 1.4-2-ci və 1.4-3-cü bəndlər əlavə edilsin:
“1.4-1. Bu Əsasnamənin məqsədləri üçün “inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciət” dedikdə, icra hakimiyyəti orqanları (bundan sonra ‒ inzibati orqanlar) arasında səlahiyyətlərin mənsubluğu, bölüşdürülməsi və həyata keçirilməsi ilə bağlı yaranmış mübahisə üzrə aidiyyəti inzibati orqanın həmin mübahisənin yaranmasına səbəb olmuş digər inzibati orqanın qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Şuraya verdiyi yazılı müraciət başa düşülür.
1.4-2. İnzibati orqan tərəfindən mübahisənin yaranmasına səbəb olmuş qərarın qəbulu, digər hərəkətin edilməsi və ya hərəkətsizliyi barədə digər inzibati orqana məlum olduğu və ya məlum olmalı olduğu gündən 90 gün müddətində sonuncu inzibati orqan:
1.4-2.1. mübahisənin yaranmasına səbəb olmuş qərarı qəbul etmiş, digər hərəkəti və ya hərəkətsizliyi etmiş inzibati orqana məsələ ilə bağlı yazılı müraciət edir;
1.4-2.2. müraciətin nəticəsi ilə bağlı inzibati orqanın ona təqdim etdiyi yazılı məlumatdan razı qalmadığı və ya müraciət nəticəsiz qaldığı hallarda inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair Şuraya müraciət edir.
1.4-3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciətə aşağıdakı hallarda Şurada baxıla bilməz:
1.4-3.1. müraciət bu Əsasnamənin 1.4-1-ci və 1.4-2-ci bəndlərində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
1.4-3.2. müraciət “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələrə aid olduqda;
1.4-3.3. müraciət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanının qüvvəyə minməsindən əvvəl aidiyyəti inzibati orqanın qəbul etdiyi qərarları, digər hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı olduqda;
1.4-3.4. müraciət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya müraciətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);
1.4-3.5. müraciəti inzibati orqanın sistemində olan (strukturuna daxil olan, tabeliyində, yanında olan və s.) hər hansı inzibati orqan etdikdə;
1.4-3.6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.”;
1.2.3. aşağıdakı məzmunda 2.0.1-1-ci yarımbənd əlavə edilsin:
“2.0.1-1. inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciətə (bundan sonra ‒ inzibati orqanların müraciətləri) baxılmasını təmin etmək;”;
1.2.4. 2.0.2-ci yarımbəndə “şikayətlər” sözündən sonra “və inzibati orqanların müraciətləri” sözləri, hər iki halda “şikayətlərə” sözündən sonra “(müraciətlərə)” sözü əlavə edilsin, həmin yarımbənddə “yazılı məktub” sözləri “(inzibati orqanlara) əsaslandırılmış cavab” sözləri ilə əvəz edilsin;
1.2.5. 2.0.3-cü yarımbəndə “üzvlərini” sözündən sonra “, habelə inzibati orqanların müraciətləri ilə bağlı müvafiq inzibati orqanların rəhbər şəxslərini” sözləri əlavə edilsin;
1.2.6. 3.0.1-ci yarımbəndə “şikayətlərlə” sözündən sonra “və inzibati orqanların müraciətləri ilə” sözləri əlavə edilsin;
1.2.7. 3.0.2-ci yarımbəndə “üzvlərinin,” sözündən sonra “inzibati orqanların müraciətləri ilə bağlı müvafiq inzibati orqanların rəhbər şəxslərinin,” sözləri əlavə edilsin;
1.2.8. 3.0.3-cü yarımbəndə “şikayətlərin” sözündən sonra “və inzibati orqanların müraciətlərinin” sözləri, “şəxsləri” sözündən sonra “, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələr üzrə müvafiq vəzifəli şəxslər” sözləri əlavə edilsin;
1.2.9. 3.0.4-cü yarımbəndə “şikayətlərin” sözündən sonra “və inzibati orqanların müraciətlərinin” sözləri, “orqanlara” sözündən sonra “, həmçinin inzibati orqanların müraciətləri ilə bağlı müvafiq inzibati orqanlara” sözləri əlavə edilsin;
1.2.10. 3.0.9-cu yarımbəndə “şikayətlərin” sözündən sonra “və inzibati orqanların müraciətlərinin” sözləri əlavə edilsin;
1.2.11. 3.0.10-cu yarımbəndə “olunmasının,” sözündən sonra “orqanların Apellyasiya Şuraları, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələr üzrə müvafiq inzibati orqanlar tərəfindən” sözləri əlavə edilsin;
1.2.12. 4.4.4‒4.4.7-ci yarımbəndlərə “şikayətlərlə” sözündən sonra “və inzibati orqanların müraciətləri ilə” sözləri əlavə edilsin;
1.2.13. 4.5-ci bəndə “şikayətin” sözündən sonra “və inzibati orqanın müraciətinin” sözləri, “şikayətə” sözündən sonra “(müraciətə)” sözü əlavə edilsin;
1.2.14. aşağıdakı məzmunda 4.7.2-1-ci yarımbənd əlavə edilsin:
“4.7.2-1. Şuraya daxil olan inzibati orqanların müraciətlərini qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə sənədlərin (materialların) 5 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün aidiyyəti inzibati orqanlara yazılı və ya şifahi sorğu verir;”;
1.2.15. 4.7.3-cü yarımbənddə “yarımbəndinə” sözü “və 4.7.2-1-ci yarımbəndlərinə” sözləri ilə əvəz edilsin;
1.2.16. 4.7.13-cü yarımbəndə “şikayətlərlə” sözündən sonra “və inzibati orqanların müraciətləri ilə” sözləri əlavə edilsin;
1.2.17. 4.10-cu bənddə “yarımbəndinə uyğun olaraq etdiyi müraciətə orqanların Apellyasiya Şuraları” sözləri “və 4.7.2-1-ci yarımbəndlərinə uyğun olaraq verdiyi sorğuya müvafiq orqanlar və qurumlar” sözləri ilə əvəz edilsin;
1.2.18. 4.11-ci bənddə “bəndində” sözü “və 1.4-3-cü bəndlərində” sözləri ilə, “və 5.7-ci” sözləri “, 5.7-ci, 5-1.5-ci və 5-1.6-cı” sözləri ilə əvəz edilsin, həmin bəndə “şikayətə” sözündən sonra “və inzibati orqanın müraciətinə” sözləri əlavə edilsin;
1.2.19. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
“5-1. İnzibati orqanların müraciətlərinə dair tələblər
5-1.1. İnzibati orqanın müraciəti yazılı (o cümlədən elektron) formada tərtib edilir. Müraciətdə aşağıdakı məlumatlar göstərilir:
5-1.1.1. ünvanlandığı qurumun – Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının adı;
5-1.1.2. müraciət edən və mübahisənin digər tərəfi olan inzibati orqanların tam adları;
5-1.1.3. müraciətin məzmunu;
5-1.1.4. müraciətin predmeti üzrə bundan əvvəl mübahisənin yaranmasına səbəb olmuş qərarı qəbul etmiş, digər hərəkəti və ya hərəkətsizliyi etmiş inzibati orqana yazılı müraciət və nəticəsi barədə məlumatlar;
5-1.1.5. müraciətə əlavə edilmiş sənədlərin siyahısı.
5-1.2. Müraciəti inzibati orqanın rəhbəri imzalayır.
5-1.3. Müraciətin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri müraciətə əlavə olunur.
5-1.4. Muraciət bu Əsasnamənin 5-1.1–5-1.3-cü bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, müraciət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar, inzibati orqanın nəzərinə çatdırılmaqla, işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda, şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5-1.6-cı bəndinə uyğun olaraq tədbir görülür. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi inzibati orqandan asılı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədləri (məlumatları) Şura əldə edir.
5-1.5. Şuraya daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda (o cümlədən bu Əsasnamənin 1.4-3.4-cü yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada baxılması üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə muraciət edən inzibati orqana yazılı məlumat verilir.
5-1.6. Şurada mahiyyəti üzrə baxılmış müraciətlə bağlı qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciətlə bağlı isə əsaslandırılmış cavab inzibati orqanlara göndərilir.
5-1.7. Bu Əsasnamənin 1.4-2-ci bəndində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, müraciət edən inzibati orqanın vəsatətinə əsasən Şuranın sədri onu bərpa edir.
5-1.8. Şura daxil olmuş müraciətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına şifahi və ya yazılı, o cümlədən elektron sorğular verə bilər. Sorğu edilən məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Şuranın fəaliyyətinə maneə kimi qiymətləndirilir.”;
1.2.20. 6.2-ci bəndə “şikayət” sözündən sonra “və inzibati orqanın müraciəti” sözləri əlavə edilsin;
1.2.21. 6.4-cü bəndin ikinci cümləsinə “rəhbərləri,” sözündən sonra “inzibati orqanların müraciətləri ilə bağlı müvafiq inzibati orqanların rəhbər şəxsləri, həmçinin” sözləri, üçüncü cümləsinə “şikayətə” sözündən sonra “və inzibati orqanın müraciətinə” sözləri əlavə edilsin;
1.2.22. 6.5-ci bəndə “şikayətlərlə” sözündən sonra “və inzibati orqanların müraciətləri ilə” sözləri əlavə edilsin;
1.2.23. 6.7-ci bəndə “şikayətlər” sözündən sonra “və inzibati orqanların müraciətləri” sözləri əlavə edilsin;
1.2.24. 6.11-ci bəndə “şikayətlərin” sözündən sonra “və inzibati orqanların müraciətlərinin” sözləri əlavə edilsin;
1.2.25. 6.13-cü bənddə “şikayətçi” sözü “tərəflər” sözü ilə əvəz edilsin;
1.2.26. 6.14-cü bənddə “şikayətçiyə” sözü “etiraz barədə ərizəni verən subyektə” sözləri ilə əvəz edilsin;
1.2.27. 6.15-ci bəndin birinci cümləsinə “şikayətlərə” sözündən sonra “və inzibati orqanın müraciətlərinə” sözləri, dördüncü cümləsinə “Şikayətlərin” sözündən sonra “(müraciətlərin)” sözü, beşinci cümləsinə “Şikayətlərə” sözündən sonra “(müraciətlərə)” sözü, altıncı cümləsinə “şikayətlər” sözündən sonra “(müraciətlər)” sözü əlavə edilsin;
1.2.28. 6.16-cı bəndə “Şikayət” sözündən sonra “və inzibati orqanın müraciəti” sözləri əlavə edilsin;
1.2.29. 7.2.4-cü yarımbəndə “şikayətin” sözündən sonra “və inzibati orqanın müraciətinin” sözləri əlavə edilsin;
1.2.30. 7.3.5-ci yarımbəndə “verilsin” sözündən sonra “(şikayət qərardan verildiyi halda həmin qərar ləğv edilməklə)” sözləri əlavə edilsin;
1.2.31. aşağıdakı məzmunda 7.4-1-ci və 7.4-2-ci bəndlər əlavə edilsin:
“7.4-1. Şura inzibati orqanın müraciəti ilə bağlı aşağıdakı qərarlardan birini qəbul edir:
7.4-1.1. inzibati orqanın qərarı dəyişdirilmədən saxlanılsın;
7.4-1.2. inzibati orqanın qərarı tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin və ya müraciətin yenidən araşdırılması vəzifəsi mübahisənin tərəfləri olan inizbati orqanların üzərinə qoyulsun;
7.4-1.3. inzibati orqanın qərarı dəyişdirilsin;
7.4-1.4. müraciət digər hərəkət və ya hərəkətsizlikdən verilibsə, həmin hərəkət və ya hərəkətsizlik qanuni və ya qanunsuz hesab edilsin;
7.4-1.5. müraciətlə bağlı icraata xitam verilsin.
7.4-2. Bu Əsasnamənin 7.4-1-ci bəndində nəzərdə tutulmuş qərar qəbul edilərkən müraciətin məzmunundan və işin hallarından asılı olaraq qərarda aşağıdakı məsələlər də öz əksini tapmalıdır:
7.4-2.1. müraciətin təmin edilməsi;
7.4-2.2. müraciətin qismən təmin edilməsi;
7.4-2.3. müraciətin təmin edilməməsi;
7.4-2.4. müvafiq hərəkətin edilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması;
7.4-2.5. müraciətin baxılması və nəticəsi barədə Şuraya və müraciət edən inzibati orqana məlumat verilməsi üçün aidiyyəti dövlət orqanına və ya qurumuna göndərilməsi.”;
1.2.32. 7.5-ci bəndin birinci cümləsində “bəndinə” sözü “və 7.4-1-ci bəndlərinə” sözləri ilə əvəz edilsin;
1.2.33. 7.5.1-ci yarımbənddə “predmeti və” sözləri “və inzibati orqanın müraciətinin predmeti, şikayətdə” sözləri ilə əvəz edilsin;
1.2.34. 7.5.2-ci yarımbəndə “şəxsin” sözündən sonra “və müraciət edən inzibati orqanın” sözləri, “şikayətin” sözündən sonra “və inzibati orqanın müraciətinin” sözləri əlavə edilsin;
1.2.35. 7.7-ci bənddə “bəndində” sözü “və 1.4-3-cü bəndlərində” sözləri ilə əvəz edilsin, həmin bəndə “şikayət” sözündən sonra “və inzibati orqanın müraciəti” sözləri əlavə edilsin;
1.2.36. 7.9-cu bəndə “Şuranın” sözündən sonra “bu Əsasnamənin 7.3.2‒7.3.4-cü yarımbəndlərinə uyğun olaraq qəbul etdiyi” sözləri əlavə edilsin və həmin bənddə “rəsmi” sözü “yazılı” sözü ilə əvəz edilsin;
1.2.37. aşağıdakı məzmunda 7.9-1-ci bənd əlavə edilsin:
“7.9-1. Şuranın inzibati orqanın müraciəti üzrə bu Əsasnamənin 7.4-1.2‒7.4-1.4-cü yarımbəndlərinə uyğun olaraq qəbul etdiyi qərarı aidiyyəti inzibati orqana daxil olduqdan sonra, həmin orqan tərəfindən bir ay müddətində (qərarda ayrı müddət nəzərdə tutulmamışdırsa) icra olunmalı və nəticəsi barədə Şuraya və digər inzibati orqana yazılı məlumat verilməlidir.”;
1.2.38. 7.10-cu bənddə “Orqanın Apellyasiya Şurası və ya həmin orqan bu Əsasnamənin 7.9-cu bəndində” sözləri “Şuranın qərarını almış subyekt bu Əsasnamənin 7.9-cu və 7.9-1-ci bəndlərində” sözləri ilə əvəz edilsin;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi”nin “Şuranın digər üzvləri” hissəsi üzrə:
1.3.1. birinci və altıncı bəndlər ləğv edilsin;
1.3.2. aşağıdakı məzmunda ikinci və dördüncü bəndlər əlavə edilsin:
“Elturan Babayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin İqtisadi və mülki qanunvericilik sektorunun müdiri”;
“Rüfət Məmmədov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun baş məsləhətçisi”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il.

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2019-03-12 20:04:00