×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Aşağıdakı şəxslər 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilsin:

Balakişiyev Bəxtiyar Qaraca oğlu
Əliyeva Telli Pənah qızı.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 mart 2019-cu il.

Sərəncamlar 2019-03-12 17:56:00