×
A
A
A
Sazlamalar

Dövlət Məşğulluq Xidməti növbəti “Karyera sərgisi”ndə iştirak edib

Bakı, 12 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “ASAN Konüllülük” məktəbinin “ASAN Kadr” Karyera Mərkəzi və Bakı Ali Neft Məktəbinin tələbə və məzunlar üçün birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sərgi tələbə və məzunların əmək bazarına çıxış və karyera imkanlarının artırılmasına, gənclərin, işəgötürənlərlə ilkin əlaqələr qurmasına şərait yaradılması məqsədi daşıyıb.
Ümumilikdə 80 iri müəssisənin iştirak etdiyi tədbirdə tələbə və məzunlara məşğulluq, iş və təcrübə imkanları təklif edilib. Əmək bazarında mövcud vəziyyət barədə tələbə və məzunlar məlumatlandırılıblar. İşəgötürənlərin nümayəndələri onlardan CV qəbul ediblər.
Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tərəfindən tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verilib.

Sosial 2019-03-12 17:29:00