×
A
A
A
Sazlamalar

“Ənənədən gələcəyə” adlı dəfilə keçiriləcək

Bakı, 12 mart, AZƏRTAC

Martın 15-i Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyilə Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a geyim evinin təsisçisi və direktoru, modelyer Könül Vəlibəyli məlumat verib. Onun sözlərinə görə, Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim olunacaq.
Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media orqanlarının əməkdaşları iştirak edəcəklər.

Mədəniyyət 2019-03-12 16:18:00