×
A
A
A
Sazlamalar

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın Baş naziri ilə görüşüb

Bakı, 12 mart, AZƏRTAC
Bolqarıstanda səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov martın 12-də bu ölkənin Baş naziri Boyko Borisov ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrin, hərbi sahədə əməkdaşlığın tərəqqisi üçün yeni imkanlar açdığı qeyd edilib.
Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid təşkil edən amilləri pisləyib, onlara qarşı mübarizədə beynəlxalq səylərin səmərəliliyinin artırılmasının zəruriliyini xüsusi vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ordu 2019-03-12 16:07:00