×
A
A
A
Sazlamalar

Xətai rayonunun Neapol küçəsi yenidən qurulub

Bakı, 12 mart, AZƏRTAC
Xətai rayonunun Neapol küçəsi yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uzunluğu 800 metr, eni isə 24 metr olan Neapol küçəsində aparılan yenidənqurma və bərpa işləri çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bundan başqa, küçəboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, küçəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 25 min kvadratmetr sahəni əhatə edib.
Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədilə 1 metr enində ayırıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb. Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edib.

Tikinti̇ 2019-03-12 15:46:00