×
A
A
A
Sazlamalar

İstiqlal Muzeyində həvəskar rəssamların əsərləri sərgilənəcək

Bakı, 12 mart, AZƏRTAC
Martın 15-də Azərbaycan İstiqlal Muzeyində Novruz bayramı ilə əlaqədar “Lalələr” adlı sərgi açılacaq. Muzeydən AZƏRTAC-a bildirilib ki, təşkil olunacaq sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə Xanlarova və Elçin Nəcəfovun 80 – dək əl işi nümayiş olunacaq.
Tədbir çərçivəsində Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının kollektivinin hazırladığı konsert proqramı da təqdim ediləcək.

Mədəniyyət 2019-03-12 15:00:00