×
A
A
A
Sazlamalar

Bakı teatrlarının həftəsonu afişası zəngindir

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.
AZƏRTAC xəbər verir ki, bu həftə sənət ocağının səhnəsində biri rus, dördü isə Azərbaycan dilində olmaqla beş səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər martın 15-də “Bir dəfə Bağdadda” (rus dilində) martın 16-da “O olmasın, bu olsun” və “Qodonun intizarında” tamaşalarına baxa biləcəklər.
Martın 17-də isə “Yatmış gözəl və cırtdanlar”, “Mən dəyərəm min cavana” tamaşaları təqdim olunacaq.
A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı da digər sənət ocaqları kimi həftəsonu maraqlı tamaşalarla balacaları sevindirəcək.
Sənət ocağının yaradıcı heyəti bu həftə ikisi rus, dördü isə Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar martın 15-də “Ağ babanın nağılı”, “Şəngülüm, Məngülüm”, martın 16-da isə “Turp”, “Qoğal” (rus dilində) tamaşalarını izləyəcəklər. Həmçinin, martın 17-də “Kəloğlan” və “Çipollino” (rus dilində) tamaşalarına baxa biləcəklər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün iki səhnə əsəri hazırlayıb.
Səhnə əsərləri klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, tamaşaçılar martın 16-da “Tıq - tıq xanım”, martın 17-də isə “Tənbəl Əhməd” tamaşalarına baxa biləcəklər. Qeyd edək ki, ötən həftəsonu sənət ocağı dörd səhnə əsəri ilə çıxış etmişdi.
Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində həftəsonu üç tamaşa nümayiş ediləcək.
Martın 16-da saat 18.00-da “Kişilər və qadınlar” tamaşası göstəriləcək. Bundan başqa, tamaşaçılar martın 17-də eyni saatda “6+1 nömrəli palata” tamaşasına baxa biləcəklər.

 

Teatr və kino 2019-03-12 14:13:00