×
A
A
A
Sazlamalar

FHN: Bayram tonqalının tamamilə sönməsi nəzarətdə saxlanılmalıdır

Bakı, 12 mart, AZƏRTAC 

Bayram tonqalının tamamilə sönməsi nəzarətdə saxlanılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib.
E.Babayev bildirib ki, Novruz bayramı ilə əlaqədar adət-ənənələrimizə uyğun olaraq tonqal qalanır. Lakin bu tonqal hava elektrik xətlərindən, qaz kəmərlərindən, ağaclardan, nəqliyyat vasitələrindən binalardan və digər yanar materiallardan, qurğulardan kənar yandırılmalıdır. Tonqalın ətrafına yığışan zaman azyaşlı uşaqlar böyüklərin nəzarətindən kənarda qalmamalıdır. Tonqalın üzərindən atlanarkən geyimlərin yanmaması, xəsarət almamaları üçün vətəndaşlar ehtiyatlı olmalı, tədbir bitdikdən sonra tonqalın tamamilə sönməsi nəzarətdə saxlanılmalıdır. Bayram şənliyi günlərində bayram xonçası bəzədilən zaman diqqət yetirilməli olan məqamlardan biri də şamların şamdanlara kip yerləşdirilməsidir. Şamlar yandırılan zaman isə nəzarətdə saxlanılmalıdır. Şamlar nəzarətsiz qaldığı təqdirdə yanğın baş verə bilər.

Sosial 2019-03-12 13:31:00