×
A
A
A
Sazlamalar

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Sahle-Uork Zevdeyə

Hörmətli xanım Prezident,

“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2019-cu il.

Məktublar 2019-03-11 17:25:00