×
A
A
A
Sazlamalar

Niyazinin mənzil-muzeyi bayram konsertinə hazırlaşır

Bakı, 11 mart, AZƏRTAC

Martın 12-də Niyazinin mənzil-muzeyində maestronun adını daşıyan 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edəcək.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, Novruz bayramına həsr olunmuş “Bir bahar ovqatı” adlı konsert Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.
Konsertdə şagirdlər tərəfindən bir-birindən parlaq ifalar – bəstəkar və xalq mahnıları səsləndiriləcək.

Musiqi 2019-03-11 12:29:00