×
A
A
A
Sazlamalar

Respublika Seysmoloji Xidmət Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Bakı, 11 mart, AZƏRTAC 

Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elm Günü ilə əlaqədar “Açıq qapı” günü keçiriləcək.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə son 100 il ərzində Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş etdiriləcək. Həmçinin ictimaiyyət nümayəndələrinə bu sahədə aparılan tədqiqatların tarixi, keçdiyi yol haqqında geniş məlumat veriləcək.

Sosial 2019-03-11 12:10:00