×
A
A
A
Sazlamalar

“Azərbaycan Hadoop” istifadəçilər qrupunun görüşü olub

Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Tech Academy”in birgə təşkilatçılığı ilə “Azərbaycan Hadoop” istifadəçilər qrupunun görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Məmməd Kərim yerli və beynəlxalq mütəxəssislərin məruzələrinin və mövzularla əlaqədar müzakirələrin Big Data texnologiyaları ilə maraqlanan azərbaycanlı gənclər üçün faydalı olacağını bildirib.
“Azərbaycan Oracle” istifadəçilər qrupunun rəhbəri, “Oracle ACE Director” mükafatının sahibi Kamran Ağayevin “Big data texnologiyalarının tarixi əhəmiyyəti və tətbiq sahələri”, Türkiyədə “KOMTAŞ” Məlumatların İdarə Olunması Mərkəzinin Big Data üzrə analitiki Zəkəriyyə Bəşiroğlunun “Yeni nəsil Datawarehouse sistemləri necə olmalıdır”, “Hansı SQL texnologiyaları nə zaman seçilməlidir. NoSQL, RDBMS, HDFS müqayisəsi”, ADA Universitetinin “Data Analytics” mərkəzinin rəhbəri Abzetdin Adamovun “Verilənləri anlamaq: Data analitika mərhələləri və Machine Learning” mövzularında məruzələri dinlənilib. Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sosial 2019-03-10 13:05:00