×
A
A
A
Sazlamalar

Avstraliyalı alimlər yeni hörümçək növləri aşkar ediblər

Tokio, 10 mart, AZƏRTAC 

Avstraliyanın qərbində tədqiqatçılar üç yeni hörümçək növünü aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fox news” saytı məlumat yayıb.
Entomoloq Cozef Şubertin sözlərini sitat gətirən sayt yazır: “Avstraliyada aşkar etdiyimiz üç yeni hörümçək növünü təqdim edirik. Onlara artıq rəsmi adlar da verilib - Maratus aquilus, Maratus felinus və Maratus combustus”.
Həşəratları tapan mütəxəssislərin qənaətinə görə, bu hörümçəklər öz parlaq rəngləri ilə fərqlənir və insanlar üçün təhlükəli deyil. Onların ölçüləri isə təqribən düyü dənəsi boydadır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2019-03-10 09:00:00