ABŞ-da keçini qəsəbə bələdiyyəsinin “fəxri sədri” seçiblər
Bakı, 9 mart, AZƏRTAC
ABŞ-da keçini qəsəbə bələdiyyəsinin “fəxri sədri” seçiblər. AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Vermont ştatındakı 2 500 nəfər əhalisi olan Feyr Hevin qəsəbəsində Linkoln adlı keçinin bələdiyyənin “fəxri sədri” seçilməsi barədə qərara qəbul olunub.
Agentliyin məlumatında qeyd olunur ki, bələdiyyənin “fəxri sədri” qəsəbədə keçirilən əlamətdar günlərdə və tədbirlərdə iştirak edəcək. Qəsəbənin yerli idarəetmə orqanına rəhbərlik edən Jo Günter yerli mətbuata açıqlamasında bildirib ki, uzun müddətdir bələdiyyə sədri seçilə bilmədiyindən, sakinlər bir heyvanı “fəxri sədr” seçməyə qərar veriblər. Onun sözlərinə görə, bu titula layiq görülmək üçün 16 heyvanın cəlb olunduğu müsabiqədə onların hər birinə 5 dollar məbləğində ianə verilib. Jürinin yekun qərarına görə, 3 yaşlı Linkoln adında keçi 53 nəfərin səsinin 13-nü alaraq səsvermədə qalib gəlib.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib