×
A
A
A
Sazlamalar

Türkiyənin “Aydınlıq” qəzeti: Xocalı soyqırımı insanlıq əleyhinə dəhşətli cinayətdir

Ankara, 8 mart, AZƏRTAC

Türkiyənin nüfuzlu “Aydınlıq” qəzetində Xocalı soyqırımı ilə bağlı analitik yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, professor Ata Atun tərəfindən qələmə alınan məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin ermənilərin əsasız iddialarını dəstəkləməsi məsələlərinə aydınlıq gətirilir. Müəllif yazır ki, keçmiş sovet rəhbərliyi erməni silahlı dəstələrinin hücumlarından qorunmaq üçün azərbaycanlı əhalini ən adi müdafiə imkanlarından belə məhrum edib. Nəticədə Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Xocalı soyqırımını insanlıq əleyhinə dəhşətli cinayət adlandıran müəllif hesab edir ki, bu qanlı hadisənin günahsız qurbanlarının xatirəsinə abidələrin ucaldılması, soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mühüm əhəmiyyət daşıyır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2019-03-08 18:37:00