×
A
A
A
Sazlamalar

“Bibiheybət” məscidindən şəhər istiqamətindəki yolda təmir işləri yaxın günlərdə yekunlaşacaq

Bakı, 7 mart, AZƏRTAC
Paytaxtın “Bibiheybət” məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir. İşlər çərçivəsində həmin hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitdikdən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. Bundan başqa, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazidə yeni dəmir-beton küvetlər inşa ediləcək.
Əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Tikinti̇ 2019-03-07 17:17:00