×
A
A
A
Sazlamalar

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.
Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.
Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.
Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin.
Hörmətlə,

 

Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti

Məktublar 2019-03-07 12:58:00