×
A
A
A
Sazlamalar

Bakı dairəvi-1 avtomobil yolunda təmir işləri görülür

Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir. İşlər yolun 3-cü, 5-ci və 6-cı kilometrlik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kvadratmetrdən çoxdur.
Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.

Tikinti̇ 2019-03-06 17:52:00