×
A
A
A
Sazlamalar

Şəkidə “Novruz təranələri” baxış müsabiqəsinə start verilib

Bakı, 6 mart, AZƏRTAC

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində “Novruz təranələri” baxış müsabiqəsinə start verilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeniyetmələrin istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə martın 11-dək davam edəcək.
Müsabiqənin nəticəsi olaraq qaliblər Şəki Gənclər və İdman və Şəki Regional Mədəniyyət idarələri tərəfindən mükafatlandırılacaq.
Qeyd edək ki, bu təyinatlı müsabiqələr ənənəvi olaraq 1978-ci ilin mart ayından başlayaraq hər il mədəniyyət mərkəzində keçirilir.

İncəsənət 2019-03-06 17:48:00