×
A
A
A
Sazlamalar

Cənubi Koreya 5G yarışında liderdir

Bakı, 6 mart, AZƏRTAC

Cənubi Koreya dünyada ən mükəmməl 5-ci nəsil (5G) mobil şəbəkəsinə malikdir. Sonuncu Qış Olimpiya Oyunlarında bu sahədəki nailiyyətlərini nümayiş etdirən Cənubi Koreyada bu ayın sonundan başlayaraq 5G şəbəkəsi üzrə kommersiya xidmətlərinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Londonda yerləşən "Arthur D. Little's" bazar araşdırması şirkətinin hesabatında qeyd olunur. Şirkətin 40-dan çox ölkə üzrə texniki infrastruktura dair apardığı qiymətləndirməyə əsasən, Cənubi Koreya ABŞ, Avstraliya, İsveçrə və Finlandiyanı qabaqlayaraq lider mövqedə göstərilib.
"Arthur D. Little's" mütəxəssisləri hesab edir ki, növbəti aylarda 5G cihazlarının satışa çıxarılmasının ardından ilin ikinci yarısında yeni nəsil mobil şəbəkəsinin mənimsənilməsi sürətlənəcək.

Texnologiya 2019-03-06 12:38:00