×
A
A
A
Sazlamalar

8 Mart münasibətilə səyahətlər üçün ən yaxşı şəhərlərin siyahısında Bakının da adı var

Moskva, 6 mart, AZƏRTAC

8 Mart münasibətilə səyahətlər üçün ən yaxşı şəhərlərin siyahısında Bakının da adı var.
AZƏRTAC “Turstat” agentliyinə istinadla xəbər verir ki, 8 Mart bayramı münasibətilə istirahət günlərində səyahətlər üçün Rusiyanın və xarici ölkələrin ən populyar şəhərlərinin siyahısı turistlər arasında internet vasitəsilə keçirilmiş sorğunun nəticələrinə əsasən müəyyən edilib.
Ən yaxşı şəhərlərin ilk onluğuna Bakı ilə yanaşı Sankt-Peterburq, Paris, Soçi, Roma, Astana və Moskva da daxildir.

Fəridə Abdullayeva
AZƏRTAC–ın xüsusi müxbiri
Moskva 

Turizm 2019-03-06 12:35:00