×
A
A
A
Sazlamalar

“Rockford Register Star” qəzeti Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar məqalə dərc edib

Vaşinqton, 3 mart, AZƏRTAC 

ABŞ-ın Texas ştatının Rokfor şəhərinin “Rockford Register Star” qəzeti Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar məqalə dərc edib.
Müəllifi Texasda yaşayan həmyerlimiz Leyla Sprədlin olduğu məqalədə qeyd edilir ki, 1992-ci ilin fevral ayında Xocalıda keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən qətliam törədilib və şəhərin azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalıb. Öldürülən dinc azərbaycanlı əhali arasında 83 uşaq, 106 qadın, 79 qoca insan da var.
ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı soyqırımının dünya ölkələrinin qanunverici orqanları və hökumətləri tərəfindən tanınmasının vacibliyini vurğulayaraq qeyd edir ki, Xocalı qırğını bu günə qədər ABŞ-ın 20-dən çox ştatının parlamentləri və qubernatorları səviyyəsində tanınıb. Qeyd olunur ki, ABŞ hökuməti müttəfiqi olan Azərbaycan ilə çiyin-çiyinə olmalı, qeyri-müstəqil və işğalçı Ermənistana beynəlxalq hüquqa riayət etməyə və Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməyə dair təzyiq göstərməlidir.
Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin hər il Xocalı soyqırımına aid keçirdiyi məlumatlandırma kampaniyası çərçivəsində dərc olunub.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xocalı faciəsi 2019-03-03 03:13:00