Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin Mərmərə Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

İstanbul, 2 mart, AZƏRTAC 

İstanbulda Mərmərə Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğu və bu universitetin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, baş konsulluğun vitse-konsulu Ramiz Hacızadə, Azərbaycan Dövlət İqtisad Universitetinin və İstanbul Yeni Yüzyıl Universitetinin müəllimləri tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumat verib, erməni terrorunun dünya ictimaiyyətinə geniş miqyasda tanıdılmasının zəruriliyini vurğulayıblar.
Mərasimdə erməni şovinizmi elmi əsaslarla və tutarlı faktlarla iştirakçıların diqqətinə çatdırılıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-03-02 17:45:00