Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AZƏRTAC-ın büro rəhbərinin Bakıda keçirilən ümumxalq yürüşü barədə yazıları Türkiyə və Şimali Kipr mətbuatında dərc olunub

İstanbul, 2 mart, AZƏRTAC

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı “Xocalı soyqırımı – arxada buraxdığımız 27 ildə unutmadığımız və unutmayacağımız insanlıq faciəsi”, “Xocalıya ədalət!” və “Xocalı soyqırımı XX əsrin insanlıq faciəsi” sərlövhəli yazıları Türkiyə və Şimali Kipr mətbuatında dərc edilib.
Müəllif bu yazılarında Xocalı soyqırımının səbəb, məqsəd və acı nəticələri barədə türkdilli oxuculara müfəssəl məlumat verib. “Xocalı soyqırımı-arxada buraxdığımız 27 ildə unutmadığımız və unutmayacağımız insanlıq faciəsi” sərlövhəli məqalədə ötən 27 il ərzində dünya ictimaiyyətinin Xocalı soyqırımına münasibətinə toxunulur, həmçinin artıq fəaliyyətinin on ili tamam olan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərə diqqət yetirilir. Məqalədə bildirilir ki, fevralın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin iştirakı ilə keçirilən ümumxalq yürüşü xalqla dövlətin birliyini, xalqın öz liderinə olan inamının göstəricisidir. Məqalədə yürüşdən çəkilmiş orijinal fotolar yerləşdirilib.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-03-02 17:03:00