×
A
A
A
Sazlamalar

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rumen Radevə

Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Bolqarıstan əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2019-cu il.

Məktublar 2019-03-02 13:34:00