×
A
A
A
Sazlamalar

Özbəkistan portalında Xocalı soyqırımı ilə bağlı məqalə verilib

Daşkənd, 2 mart, АZƏRTAC

Özbəkistanın qalampir.uz portalında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Müdhiş gecə: Qarabağın qanlı tarixi” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC verir ki, məqalədə o gecə Xocalıda və Ağdam istiqamətindəki çöllükdə vəhşicəsinə öldürülən, yaralanan və itkin düşənlərin sayı haqqında məlumat verilib.
Yazıda qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə ermənilər qədim Xocalı şəhərini yerlə yeksan edib. Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir və Xatın, Xirosima, Naqasaki, Sonqmi faciələri ilə eyni sırada durur.
Bildirilib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasını tələb edən dörd qətnamə qəbul etsə də işğalçı dövlət buna əhəmiyyət vermir və dünya birliyinə meydan oxuyur.
“Xocalı soyqırımı XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb. Bu soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. İndiyədək dünyanın 13 dövləti və ABŞ-ın 22 ştatı Xocalı soyqırımını tanıyıb və bu istiqamətdə fəaliyyət davam edir”, - yazıda belə qeyd edilib.
Yazı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Xocalı faciəsi 2019-03-01 23:00:00