×
A
A
A
Sazlamalar

Afinada Xocalı soyqırımının ildönümü ilə bağlı fotosərgi keçirilib

Afina, 1 mart, AZƏRTAC

Azərbaycanın Yunanıstandakı səfirliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş fotosərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Eldar Əliyev Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü terror, etnik təmizləmə və soyqırımı siyasətindən danışıb, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin və bu hadisəni planlayan və həyata keçirənlərin mühakimə olunmasının zəruriliyini vurğulayıb. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının uğurları barədə danışıb, bu kampaniyanın ardıcıl davam etdirilməsinin nəticəsi olaraq 10-dan çox ölkə parlamentində faciəyə hüquqi qiymət verildiyini qeyd edib.
Sonra Xocalı soyqırımına həsr edilmiş informativ video nümayiş etdirilib.
Fotosərgi, Fransız bəstəkarı Pyer Tiloyun müəllifi olduğu “Xocalı 613” musiqi əsəri ilə müşayiət olunub.

Xocalı faciəsi 2019-03-01 20:32:00