×
A
A
A
Sazlamalar

Türkiyənin Bilkent Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Ankara, 1 mart, AZƏRTAC

Ankaradakı Bilkent Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Xocalı soyqırımı və faciənin pərdəarxası tərəfləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
TÜRKSAM-ın baş katibi Ahmet Gencehan Babiş tədbirdə çıxış edərək erməni vandalları tərəfindən 27 il əvvəl törədilən Xocalı soyqırımının səbəb və acı nəticələrindən danışıb. Xocalı soyqırımı ilə bağlı ayrı-ayrı ölkələrdə, o cümlədən Türkiyədə keçirilən anım mərasimləri barədə ətraflı məlumat verən natiq vurğulayıb ki, bu proses sülhsevər dünya ictimaiyyətinə ciddi çağırışdır. Belə qanlı cinayətlərin gələcəkdə təkrarlanmaması üçün bu qanlı qırğını törədənlər layiqli cəzalarını almalı, faciəyə hüquqi-siyasi qiymət verilməlidir.
Qeyd olunub ki, fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşü Azərbaycan xalqının Dağlıq Qarabağa sevgisinin və münaqişənin həlli ilə bağlı qəti mövqeyinin, eləcə də xalq-iqtidar həmrəyliyinin göstəricisidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2019-03-01 18:56:00