×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnamə”də, 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə”də və “Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə”də, 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də, 2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə”də, 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”də və 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 237; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1557; 2018, № 4, maddə 690) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddələr 614, 625; 2005, № 8, maddə 715; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2010, № 2, maddə 86; 2014, № 12, maddə 1558; 2015, № 9, maddə 1019; 2018, № 4, maddə 691) ilə təsdiq edilmiş “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndlərindən “mühasibat,” sözü çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 911; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1559; 2015, № 9, maddə 1020; 2018, № 4, maddə 692) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 302; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2010, № 8, maddə 724; 2014, № 12, maddə 1560; 2015, № 9, maddə 1021; 2018, № 4, maddə 693) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 974; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1561; 2015, № 9, maddə 1022; 2018, № 4, maddə 694) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 975; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1562; 2018, № 4, maddə 695) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il.

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2019-03-01 19:23:00