×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə və 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684; 2017, № 5, maddə 886, № 11, maddə 2071) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”nin 9.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“9.1. Akademiya “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparır, habelə statistik, maliyyə və vergi hesabatlarını tərtib və təqdim edir.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186; 2016, № 5, maddə 927, № 9, maddə 1464; 2017, № 3, maddə 353; 2018, № 6, maddə 1297) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın 82-ci bəndində “mühasibata və maliyyə-təsərrüfat uçotuna aid sənədləşmə işi qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “mühasibat uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il.

Sərəncamlar 2019-03-01 19:17:00