Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Bengü türk” telekanalı Xocalı soyqırımına dair xüsusi veriliş yayımlayıb

Ankara, 1 mart, AZƏRTAC
Türkiyənin “Bengü türk” telekanalının “Azərbaycan ruzigarı” proqramı Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, verilişdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən kadrlarla yanaşı, fevralın 26-da İstanbulda keçirilən izdihamlı yürüşdən kadrlar verilib, eləcə də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu tədbirdəki çıxışından sitat gətirilib.
Verilişdə tanınmış jurnalist, aparıcı Səidə Ömərin qonağı olan Milli Məclisin deputatı Elman Məmmədov Xocalı soyqırımının səbəb, məqsəd və ağır nəticələri barədə tamaşaçılara müfəssəl məlumat verib. Milli Məclisin deputatı erməni vandalları tərəfindən törədilən bu vəhşiliyi XX əsrin insanlıq fəlakəti kimi dəyərləndirib.
Qeyd edək ki, “Bengü türk” telekanalı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı çox sayda reportaj və veriliş yayımlayıb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2019-03-01 18:48:00