Türkiyə məktəbliləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
Bakı, 28 fevral, AZƏRTAC
Ankaranın Mamak rayonundakı Əli Kuşçu adına orta məktəbin 2D sinfində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə sinif müəllimi Yasemin Ərdoğan Xocalı soyqırımından danışıb. Şagirdlər Azad Tura, Yaren Taşan və Ela Cüce Hikmət Ziyanın “Xocalı müsibəti” şeirini söyləyiblər.
Xatırladaq ki, Əli Kuşçu adına orta məktəbin 2D sinfi ilə Bakıdakı 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri arasında “Məktub qardaşlığı” layihəsi həyata keçirilir. Onlar məktublarında ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, həmçinin özləri və ailələri barədə məlumatları bölüşürlər.
Eyni zamanda, məktəblilər qarşılıqlı olaraq öz mədəniyyət və adət-ənənələrini əks etdirən əl işlərindən ibarət hədiyyələri bir-birlərinə göndərirlər.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO