×
A
A
A
Sazlamalar

Ukraynanın 1+1 telekanalı Xocalı soyqırımı ilə bağlı Bakıdan geniş süjet yayımlayıb

Kiyev, 28 fevral, AZƏRTAC

Ukraynanın tanınmış 1+1 telekanalı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, telekanalın jurnalisti Bakıda olaraq Xocalı soyqırımının şahidlərini danışdırıb.
Süjetdə qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Ukraynalı jurnalist vurğulayıb ki, Xocalıda azərbaycanlılara qarşı törədilən kütləvi qırğına görə, hər il fevralın 26-sı Xocalı soyqırımı kimi qeyd olunur. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xocalı faciəsi 2019-02-28 20:16:00