Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə KİV-lərində Xocalı soyqırımı haqqında məqalələr yayılıb

İstanbul, 28 fevral, AZƏRTAC
Türkiyənin “Mügazete” xəbər agentliyi və “CanAzərbaycan” qəzeti AZƏRTAC-ın İstanbuldakı xüsusi müxbiri Günel Məlikovanın Xocalı soyqırımı haqqında məqaləsini yayıb.
Yazıda Xocalı soyqırımının ermənilərin təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biri olduğu vurğulanıb. Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalıda 27 il əvvəl ermənilər tərəfindən insanlıq tarixinin ən qanlı qətliamlarından birinin törədildiyi qeyd edilib.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən bu qətliama siyasi və hüquqi qiymət verilib və 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Xocalı soyqırımının dünyada tanıdılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası həyata keçirilir.
Müəllif vurğulayır ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış, müasir dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımının ağrıları hələ də davam etməkdədir. Bu gün tarixi Azərbaycan torpaqları hələ də erməni işğalı altındadır və bir milyondan çox azərbaycanlı öz vətənlərində məcburi köçkün vəziyyətində yaşamağa davam edir.
Bu ağrının bir az da olsa sakitləşməsi üçün Azərbaycan dövləti və xalqı beynəlxalq qurumlardan bu qanlı hadisəyə ədalətli qiymətin verməsini və lazımi tədbirlərin görülməsini gözləyir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-02-28 18:44:00