×
A
A
A
Sazlamalar

S.M.Qəhrəmanovanın 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Sədaqət Məmmədyar qızı Qəhrəmanova 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2019-cu il.

Sərəncamlar 2019-02-28 17:13:00